Qadının heyvan sifətində olduğunu söyləyir

Qadınlar 18 Oktyabr 2016 02:50 279

Qadının heyvan sifətində olduğunu söyləyir

Darvin də Mövlana kimi qadınları əskik, heyvan kimi görürdü

 

Darvin qadının ailə həyatındakı rolunu belə təsvir edirdi: “... oynayacağınız bir əşya – hər halda bir itdən daha yaxşı...” (Darvinin tərcümeyi-halı 1809-1882, ingilis dilində, səh. 232-233)

 

Darvin “İnsanın mənşəyi” kitabında qadınların dərk etmə, sürətli qavrama və təqlid mövzusunda “daha aşağı irqlərin xüsusiyyətlərini daşıdıqlarını və buna görə də daha qədim və aşağı mədəniyyət səviyyəsinə sahib olduqlarını” yazmışdı. (Darvinin “İnsanın əmələ gəlməsi” kitabındakı “Təbiətin inkişafı”, ingilis dilində, səh. 295)


2460.          Döyüşdə qadının hücum etməsi düşmən sıralarını yara bilməz; bəlkə də işi tamamilə pozar.

         Onu sırada aslan kimi görərsən; qılınc əlindədir, amma əli tir-tir əsər.

         Əfsuslar olsun ağlı qadın olana; çirkin nəfsi qadın olub istəkli olan.

         Həqiqətən onun ağlı aşağı olar; köçməsi də ancaq ziyanın olduğu tərəfədir.

         Nə gözəl ağlı kişi, çirkin nəfsi qadın olana; nəfsinə qalib gələnə.

         Görünüşdə dişinin hücumu da güclüdür, amma onun düşdüyü zərər eşşəkliyindəndir; eşşək kimi yəni.

         Qadında heyvanlıq sifətləri çoxdur; çünki qadının könlü rəngə, qoxuya axar.

         O eşşək də çəmənliyin rəngini gördü, qoxusunu aldı və bütün dəlillər könlündən qaçdı getdi.

         Susuz, yağmura möhtac oldu, bulud deyil; nəfsdə öküz aclığı yarandı, səbri qalmadı.

 

2470. Səbir dəmir qalxandır; Tanrı qalxana üstün gəldi – çatdı yazısını yazmış.

         Təqlidçi bir şeyi izah edərkən, yüzlərlə dəlil gətirər; lakin müqayisə ilə deyər, görərək deyil.

         Müşkə bulanmış, amma müşk deyil; müşk ətri verir, amma özü pis bir şeydir.

         Ey mürid, pisliyin müşk olması üçün pis insan illərlə o baxçada otlamalıdır.

         Eşşəklər kimi arpa yemək lazım deyil; ceyran kimi Hutəndə ərgavan (qırmızı çiçək) ye.

         O cəmiyyətdə Hutən ovalığına get və orada qərənfildən, yasəməndən, güldən başqa bir şey yemə.

         Mədəni reyhana, gülə öyrət, peyğəmbərlərin əldə etdikləri hikməti əldə et, onların qidasını tap.

         Mədəni samanla, arpa ilə doldurmağı burax; artıq reyhanla gül yeməyə başla.

         Bədən mədəsi səni samanlığa, könül mədəsi isə reyhanlığa çəkir.

         Samanla arpa yeyən qurban olar; Tanrı işığı yeyənsə, Quran kəsilir.

2480. Sənin bir hissən müşkdür, digər hissən pislik, özünə gəl, pisliyi artırma, Çin müşkünü artır.

         O təqlidçinin yüzlərlə dəlili vardır, yüzlərlə söz deyər; ağzından yüzlərlə söz çıxar, amma canı, özü yoxdur.