Mövlananın ilahlaşdırılması, ağacların Mövlanaya səcdə etdiyini söyləmələri

Dinə uyğun olmayan izahlar 18 Oktyabr 2016 02:56 371

Mövlananın ilahlaşdırılması, ağacların Mövlanaya səcdə etdiyini söyləmələri

Mövlana səhər tezdən evdən çıxdı, bağın içərisinə doğru yeridi. Mən də hara gedəcək deyə arxasınca gedirdim. O, hanağaca rast gəlsə, salam verir və bütün ağaclar səcdə edirdilər və mənə Qurandakı Ulduz və ağaclar səcdə edərlər” ayəsinin sirrindən bir hikmət göstərirdi.

Bu vəziyyət qarşısında mən fəryad-fəğan edib, həyəcanımı göstərirdim. O, mənə “Sus, heç bir şey söyləmə” - deyərək işarə etdi. Mən bu heybətdən üç gün, üç gecə huşumu itirmiş və dili tutulmuş halda bir yerdə yıxılıb qalmışdım.

(Ariflərin Mənkibələri, Şərq İslam Klassikləri 29, Əhməd Əflaki, Milli Təhsil Nazirliyi Nəşriyyatı, 489).

Mövzu ilə əlaqədar ayə:

Otlar da, ağaclar da (Ona) səcdə edir. (Rəhman surəsi, 6)


 

Ariflərin mənkibələri

… yedi, sonra yenidən səmaya qalxdı. Dostlar heyrətdən-heyrətə düşdülər. Bundan sonra Mövlana: “Tanrının əri Musanın sehirbazların dəvələr yüklü sehirbazlıq alətlərini udduğu halda, qarnı şişməyən və heç bir əsər-əlamət görünməyən əsası və ya evlərdəki qaranlıqları yox edən şamın nuru kimidir”,- buyurdu. O zaman bu qədər yemək yediyi halda, onun mübarək qarnında zərrə qədər bir şişkinlik peyda olmadı. Yeməmişdən əvvəl necə idisə, yenə elə idi. Bu da onun nadir və görünməmiş kəramətlərindəndir.

Şeir:

“Həcv və loxma kamil insana halaldır.

Madam ki, sən kamil deyilsən, yemə və sus.”

“Bir kimsədə yediyi loxma cəlal nuru olursa,

o kimsə nə yesə, ona halaldır. ”

(245) Hekayə (Həqiqəti) axtaranların öyündüyü və guyəndələrin (hekayəçilərin) dadı olan Şərəfəddin Osman Guyəndə Mövlananın köhnə nədimlərindən idi. O, belə rəvayət etdi ki, “Bir gün zamanın vəlisi olan Kiramana Xatunun bağında idik. Mövlana üç gün, üç gecə səma etdi, həyəcanlar içində idi. Üç dəstə xanəndə oxumaqdan və yuxusuzluqdan aciz qalmış və bitkin hala gəlmişdilər. Mən səma əsnasında Zəkinin qulağına “Üç gecədən bəri evə getmədim, görəsən, uşaqlar necə oldu” , - dedim. Bu zaman Mövlana dərhal mübarək ətəyinin altından əlini çıxarıb, bir ovuc yeni kəsilmiş gümüş pul çıxardı, Bizim dəfimizin içinə elə atdı ki, dəfin dərisi partladı, pullar  yerə töküldü. Biz bunları yığıb, saydıq. Min yeddi yüz sultani idi. Biz onun göstərdiyi bu qüdrətdən heyrətə düşmüşdük ki, Mövlana səhər tezdən evdən çıxdı, bağın içərisinə doğru yeridi. Mən də hara gedəcək deyə arxasınca gedirdim. O, hansı ağaca rast gəlsə, salam verir və bütün ağaclar səcdə edirdilər və mənə Qurandakı “Ulduz və ağaclar səcdə edərlər” (K., LV, 6) ayəsinin sirrindən bir hikmət göstərirdi.

Bu vəziyyət qarşısında mən fəryad-fəğan edib, həyəcanımı göstərirdim. O, mənə “Sus, heç bir şey söyləmə” - deyərək işarə etdi. Mən bu heybətdən üç gün, üç gecə huşumu itirmiş və dili tutulmuş halda bir yerdə yıxılıb qalmışdım.”