Homoseksuallıq klanına diqqət!

Homoseksuallıqla bağlı açıqlamalar 10 Oktyabr 2016 01:04 315

Homoseksuallıq klanına diqqət!

Quranda Allahın haram etdiyi və lənətlənmiş günah olaraq bəhs etdiyi homoseksuallığı yaymaq naminə narahatlıq yaradan hadisələr baş verir.

Ötən ay ilk dəfə ABŞ ordusunun başına homoseksual olduğunu açıq şəkildə etiraf edən (openly gay) nazir gətirildi. Ordu naziri kimi fəaliyyətə başlayan Erik Fenning müdafiə naziri Eşton Karterdən sonra ordu komandanlığında ən yüksək vəzifəli şəxsdir. Yeni dövrdə əsgərlərin homoseksual olduqlarını açıq elan etmələrinə də icazə verilib. ABŞ ordusunda 65.000 homoseksual əsgər olduğu ehtimal edilir.

ABŞ-da homoseksuallıqla bağlı bu dəyişiklik təkcə orduda baş vermir. 2015-ci ildə 6 ayrı səfirlik vəzifəsinə homoseksual diplomatlar təyin edildi. Katolik quruluşu ilə tanınan Dominikan Respublikasında kilsə bu təyinatı tənqid etsə də, Amerika Xarici İşlər Nazirliyi geri addım atmadı.

Avropada da oxşar hadisələr baş verir. İngiltərədə Baş nazir postu uğrunda mübarizədə homoseksualizmi dəstəkləyən Teresa Mey qalib gəldi. Şotlandiyada bir çox partiya lideri ya homoseksualdır, ya da homoseksuallığı açıq şəkildə dəstəkləyir. Belçika, Lüksemburq və İslandiya homoseksual Baş nazirlər tərəfindən idarə olunur. ABŞ, Böyük Britaniya və Kanada da dövlət idarəçiliyində hər səviyyədə homoseksual rəhbərlər var. Avropa Parlamentində də yüzlərlə nazir, millət vəkili və diplomat homoseksual olduqlarını açıq şəkildə elan ediblər. Ötən günlərdə Niderland Təhsil və Mədəniyyət naziri Bussemaker 2016-cı il Idaho Forumu əsnasında «Avropa Müsəlman Homoseksual Şəbəkəsi»nə dəstəyini açıqladı. Hollandiya hökuməti də layihəyə 2 il ərzində sponsorluq edəcəyini elan etdi.

Dünyada son dövrlərdə baş verən bu dəyişiklik müsəlman ölkələrini də təhlükə altına alır. İlk mərhələdə homoseksuallığı dəstəkləmək İslam dünyasına müasirliyin tələbi kimi təqdim edilir. Bu "müsəlmanlar" Quranda homoseksualizmin açıq şəkildə haram edilməsinə baxmayaraq, onu müdafiə edirlər. Bu çirkin qadağanın əleyhinə olanlar isə şovinist, ya da mürtəce kimi səciyyələndirilir.

Bu lənətlənmiş əməli müdafiə edənlərin bir başqa iddiası da homoseksualizmin İslam və Quranla ziddiyyət təşkil etməməsi istiqamətindədir. Bu iddia ilə ortaya çıxan "alimlər" qərb dünyasında dərhal dəstək görür. Dünya homoseksual klanı bu insanları həm müdafiə edir, həm də ön plana çıxarır. Bu həyasızlığın müsəlman cəmiyyətlərdə əsas tapması üçün həm daxildən, həm də xaricdən intensiv fəaliyyət davam edir. Buradakı məqsəd isə müsəlman cəmiyyətləri öz içlərində korlanmış və degenerasiya məruz qalmış icmalar halına gətirməkdir.

Halbuki homoseksuallıq Quran ayələri ilə lənətlənmiş açıq günahdır. (Əraf surəsi 80-82) (Hicr surəsi 68-75). Qurani-kərimin homoseksualizmi qadağan etmədiyini iddia edənlər bu böhtanlardan Allaha sığınmalıdırlar.

Bəzi Qərb mediası homoseksualizmin tarixi İslam dövlətlərində qəbul edildiyini və homoseksual əleyhdarlığının 20-ci əsrdə ortaya çıxdığını iddia edir. Bu insanlar keçmişdə yaşamış milyardlarla dürüst müsəlman içindən bir ovuc azğın şair və yazıçının sözlərini və ya əməllərini nümunə göstərirlər. Halbuki müsəlmanlar üçün İslamın əsas mənbəyi 1400 ildir ancaq Qurani-kərimdir. Biz dinimizi uca Allahın ayələrindən öyrənirik.

Homoseksualizmin cəmiyyətlərdə yayılması sosial problemlərin, ictimai zəlzələnin gəlişindən xəbər verir. ABŞ-dakı Xəstəliyə Nəzarət və Qoruma Mərkəzi (CDC)  2009-cu ildə ortaya çıxan QİÇS xəstələrinin 61%-inin homoseksual olduğunu müəyyən edib. ABŞ-da il ərzində intihar edənlərin 50%-i də yenə homoseksuallardır. Halbuki ABŞ əhalisinin təkcə 4%-nin homoseksual olduğu hesab edilir. Homoseksual hüquqlarını qoruyan «NAMBLA» təşkilatı pedofiliyin cinayət hesab edilməsini qanunvericilikdən çıxarmaq üçün çalışır. Bu dəhşətlidir, çünki Los-Anceles polisinin uşaq təcavüzü üzrə apardığı araşdırmaya əsasən, 30.000 uşaq homoseksuallar tərəfindən cinsi istismara məruz qalıb. Bu gün 90.000 uşaq homoseksual «cütlər» tərəfindən övladlığa götürülüb. Qəzetlər bu uşaqların təcavüz xəbərləri ilə doludur.

Orlando homoseksual bar qətliamını törədən əfqanlının da homoseksual olduğu və intiqam məqsədi ilə müxtəlif cinayətlər törətdiyi ortaya çıxıb. Bu təkcə bir nümunə deyil. ABŞ-dakı ən qatı 6 seriyalı qatil homoseksualdır. Bu canilər onlarla insana təcavüz və işgəncə edib, sonra isə onları öldürüb, hissələrə bölərək yandırıb. Bu rəqəmlər aysberqin yalnız görünən hissəsidir. Bir çox cinayətkar gizli qalıb, aşkara çıxmayıb. Bu statistikalara gizli homoseksuallar daxil deyil.

Homoseksuallıq yayıldıqca və cəmiyyətdə qəbul olunduqca dünya daha dəhşətli bir degenerasiyaya doğru sürüklənəcək və zorakılıq hadisələri daha da artacaq. Homoseksualların böyütdüyü uşaqlar istər-istəməz psixoloji və fiziki problemlərlə qarşılaşacaq və bu vəziyyət problemli nəslin yetişməsinə səbəb olacaq. Homoseksuallığı qanuniləşdirmək məqsədilə yayımlanan filmlər, kitablar və məqalələr yalnız göz boyayıb bu dəhşətli həqiqəti gizlətmək niyyətindədir. Rəngli bayraqlar bu dəhşətli dünyanın arxa planındakı qara dünyanı gizlətmək üçündür. Əlbəttə ki, homoseksual olduğu üçün hər hansı bir insanın zərər görməsi heç bir şəkildə qəbul edəcəyimiz bir şey deyil. Ancaq müsəlman olaraq bu azğınlığa qarşı olmalıyıq və bu barədə xəbərdarlıq etməliyik.

Bu gün dəbdə, sənət dünyasında, Hollivudda homoseksual diktatura hökm sürür. Gənc kadrlar yüksəlmək və tanınmaq üçün bəzən zorla homoseksual edilir və ya bu istiqamətdə təşviq edilir. Dəb adı altında, kişilər özlərini qadınlara, qadınlar isə özlərini kişilərə bənzədirlər.

İslam dünyası homoseksuallıq təbliğatının hədəfi mövqeyindədir. Bu gün televiziyalarla, filmlərlə, internetlə, qara piarla homoseksuallıq dünya müsəlmanlarının qapısına söykənib. İslamofobiya sanki müsəlmanların homoseksuallığı qəbul etmələri üçün şantaj vasitəsi kimi istifadə edilir. Bu çirkin planın hədəfi İslam aləmini cinsi azğınlıqla batırıb, əldən salmaq, zaman içində aradan çıxarmaqdır. Halbuki Peyğəmbərimiz (səv) "Ümmətin üçün ən qorxduğum şey Lut qövmünün etdiyidir" sözləri ilə saleh möminlərə istiqamət verib.

Quranda haram olan homoseksuallığı ağlabatan göstərməyə çalışan bu çirkin ittifaq homoseksual, anarxist, milli dəyərlərə qiymət verməyən, İslama zidd, İslamdan utanan müsəlman gənclik formalaşdırmağı qarşısına məqsəd qoyub. İslam dünyasını müdafiəsiz qoymaq üçün ağlasığmaz səy göstərir. Müsəlmanların qarşısında planlı, mütəşəkkil, maliyyələşən, qətiyyətli bir quruluş var. Bu quruluş İslam dünyasının müqavimətini qırmağı özünə hədəf seçib. Qərb dünyasını 30 il kimi qısa bir müddətdə təməldən dəyişdiriblər. Əllərində yol xəritəsi var. Hədəfləri məlumdur. Bu səbəbdən müsəlmanların bu təhlükənin fərqinə varması və heç bir şəraitdə, heç bir yalanla İslami dəyərlərindən güzəştə getməmələri çox əhəmiyyətlidir. Müsəlmanların parlaq gələcəyi bu yoldadır.

Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi:

http://www.nst.com.my/news/2016/08/167634/homosexual-agenda

http://newsrescue.com/the-homosexual-agenda/